ABŞ üçüncü dünya müharibəsinin başlamasında maraqlı deyil. Bunu Ağ Evin mətbuat katibi Cen Psaki Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq çağırışını şərh edərkən deyib.
Psakinin sözlərinə görə, Vaşinqton Ukrayna hava məkanının bağlanması ilə “humanitar uçuşa qadağa zonası” arasında heç bir fərq görmür. Bu hərəkətlərin hər ikisi eyni dərəcədə eskalasiyaya səbəb olacaq. SİA bu barədə “rambler”-ə istinad edir.
“...Prezident Bayden qərarı milli təhlükəsizliyimizin maraqlarına əsaslanaraq verir. Daha əvvəl dediyimiz kimi: uçuşa qadağa zonası bizdən və NATO-dan Rusiya təyyarələrini potensial olaraq vurmağı tələb edəcək. Biz üçüncü dünya müharibəsinə qarışmaqda maraqlı deyilik”. Qeyd edək ki, rusların “RİA Novosti” agentliyi bu fikirləri Psakidən sitat kimi gətirir.
Maraqlıdır ki, ABŞ səlahiyyətlisi Vaşinqtonun Vladimir Zelenskinin xahişlərini başa düşdüyünü də bildirib.
Bir daha xatırladaq ki, Kiyev dəfələrlə NATO-nu Ukrayna üzərində uçuşa qadağan zona yaratmağa çağırıb. Amma alyansın rəhbərliyi münaqişə tərəfi olmamaq və NATO ilə Rusiya Federasiyası arasında genişmiqyaslı müharibəyə səbəb olmamaq üçün Ukrayna prezidentinin xahişini yerinə yetirməkdən imtina edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB