Peruda güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib

Peruda güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib

Perunun Pataz şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

SİA xəbər verir ki, Peru mətbuatının məlumatına görə, təbii hadisə nəticəsində azı 80 ev torpaq altında qalıb, 3-ü uşaq olmaqla 7 nəfər itkin düşüb. Ətrafdakı insanların dəstəyi ilə aparılan axtarış-xilasetmə işləri zamanı 4 sakin xilas edilib.

Ölkə rəsmiləri təcili yardım qruplarının dərhal əraziyə göndərildiyini açıqlayıblar.

Peru Prezidenti Pedro Kastillo sosial media hesabında Milli Mülki Müdafiə İnstitutunun rəhbəri və müdafiə nazirinin hadisə yerinə gedəcəyini bildirib. O, təbii fəlakətdən zərər çəkən vətəndaşlara lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə