Peskov Baydenin Putin haqqında dediklərini qəbuledilməz hesab edir?
“...Rusiya lideri Vladimir Putini “müharibə cinayətkarı” adlandıran ABŞ prezidenti Cozef Baydenin sözləri qəbuledilməz və bağışlanmaz ritorikadır”.
Bu barədə TASS-a istinad edən SİA xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirb.
“Biz bombaları bütün dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”, - deyə Kreml sözçüsü bildirib.
Qeyd edək ki, ötən gün jurnalistlərin suallarını cavablandıran Bayden rusiyalı həmkarını “müharibə cinayətkarı” hesab etdiyini söyləyib.
Yeri gəlmişkən, elə ötən ilin bu vaxtlarında da Bayden yerli jurnalistlərin Putini “qatil” hesab edib-etməməsi ilə bağlı ona ünvanlanan suala müsbət cavab vermişdi.
Maraqlıdır ki, Baydenin onun ünvanına səsləndirdiyi “ittahamları” şərh edən Putin belə şeylərə artıq öyrəncəli olduğunu etiraf edib. Daha sonra o, ABŞ prezidentinə cansağlığı arzulayıb və həmçinin, uşaqlara “kim ad qoyursa, elə də çağırır” deyimini xatırladıb.
O da maraqlıdır ki, Rusiya lideri daha sonra Baydenin onun ünvanına səsləndirdiyi fikirlərdən sonra ona zəng edərək izahat verdiyini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB