ABŞ Ukraynaya hərbi yardım üçün əlavə 800 milyon dollar ayırıb

ABŞ Ukraynaya hərbi yardım üçün əlavə 800 milyon dollar ayırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə