...Bu arada rus saytlarının yazdığına görə, Ukrayna tərəfi “Rusiya döyüş maşını”nı dayandırmaq üçün ABŞ-dan ruslara qarşı əlavə sanksiyaların davam etdirilməsinə çağırıb.
SİA rus mediasından əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan uçuşa qadağa zonasının yaradılmasına alternativ olaraq Ukraynaya S-300 raket və digər hava hücumundan müdafiə (AD) sistemlərinin verilməsini istəyib.
Verilən məlumata görə, Zelenski ABŞ Konqresinə ünvanlanan videomüraciətində “...Bizə humanitar uçuşa qadağan zona lazımdır”-deyə bildirib.
O əlavə edib ki, əks halda Ukraynaya S-300-lər kimi müdafiə sistemləri lazımdır . Zelenski həmçinin ABŞ-ı “Rusiya döyüş maşını dayanana qədər” bu ölkəyə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə çağırıb.
Qeyd edək ki, bu gün günün əvvəlində CNN ABŞ prezidenti Cozef Bayden administrasiyasındakı mənbələrə istinadən ABŞ-ın Ukraynaya bir neçə sovet zenit-raket kompleksi göndərəcəyini bildirib.
Yeri gəlmişkən bildirək ki, bu yaxınlarda ABŞ və Avropa İttifaqı Ukraynaya silah tədarükünü davam etdirəcəklərini elan ediblər. Belə ki, prezident Bayden “Twitter”də Kiyevə lazım ola biləcək hər şey göndərəcəyini vəd edib. Maraqlıdır ki, bu arada Almaniya da Ukraynaya göndərəcək silah tədarükü barədə açıqlama versə də, amma “təhlükəsizlik risklərindən qaçmaq” üçün müqavilənin təfərrüatlarını gizli saxlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB