Tayvan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Ukraynaya dəstək kampaniyasında minlərlə yardım bağlaması hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bağlamalara daxil edilməli olan 20 müxtəlif material müəyyən edilib.
Nazirlik yardımların siyahıya uyğun hazırlanmasını tələb etdiyi halda, kampaniya çərçivəsində minlərlə bağlamanın hazırlanması böyük marağa səbəb olub. Həm Tayvanlılar, həm də şirkətlər tərəfindən göndərilən bağlamalarda tibbi maskalar, vitamin əlavələri, şamlar və quru qidalar, həmçinin uşaq bezləri və sağlamlıq dəstləri kimi materiallar var. Xalqın böyük iştirak etdiyi yardım kampaniyasında bəzi insanlar qutulara əlil arabası və çubuq kimi materiallar əlavə edib. Nazirliyin anbarına yığılan bağlamalar artıq olduğundan əlavə anbarlar da aktivləşdirilib. Ukraynaya dəstək məqsədilə martın 7-də başlayan yardım kampaniyası martın 18-də yerli vaxtla saat 17.00-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB