Çikaqo çayını yaşıl rəngə boyadılar

Çikaqo çayını yaşıl rəngə boyadılar

ABŞ-ın Çikaqo şəhərində 17 mart Patrik Günü tədbirləri çərçivəsində Çikaqo çayı yaşıl rəngə boyadılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çikaqonun mərkəzindəki çay təbiətə zərər verməyən xüsusi maddə ilə boyanıb.

Yaşıl rəngə boyanmış su maraqlı görüntülər yaradıb. Koronavirus epidemiyası səbəbindən 2 ildir keçirilməyən tədbirdə bu il də çoxlu sayda insan çay kənarına axın edib. Digərləri isə qayıqlarla çayda səyahət etməyə üstünlük veririblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə