Ukraynada dinc sakinləri təhlükəsiz bölgəyə təxliyyə edən avtobusla mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları 21 gündür ki, davam edir. Ukraynada münaqişə bölgələrindən təhlükəsiz ərazilərə evakuasiya edilən insanları aparan avtomobillər qəza törədib.
Kropivnitskiy-Znamenka magistralının Xmelnitski rayonu ərazisindən keçən hissəsində avtobus və mikroavtobus toqquşub. Hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Qəzada mikroavtobusun sürücüsü və mikroavtobusda olan 6 sərnişin dünyasını dəyişib. Toqquşmanın təsirindən sərnişinlərin əşyaları da ətrafa dağılıb. Qəza səbəbindən magistral bir müddət nəqliyyatın hərəkətinə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB