Ukrayna Rusiya ÜDM-si hesabına bərpa ediləcək?

Ukrayna Rusiya ÜDM-si hesabına bərpa ediləcək?

“...İlkin hesablamalara görə, hazırda Ukraynadakı dağıntıları bərpa etmək üçün təqribən 500 milyard ABŞ dollarından da artıq vəsait lazımdır”.

SİA Ukryna mediasına istinadən xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal Polşa, Sloveniya və Çexiya hökumət başçıları ilə görüşdən sonra bildirib.

Qeyd edək ki, bu görüşdə, gələcəkdə Ukraynaya dəstək məsələləri müzakirə olunub.

Bu gün , Avropa İttifaqının Ukraynaya güclü dəstək verdiyini deyən Şmıqal, qrumda təmsil olunan ölkələrin hər birindən də güclü dəstək aldıqlarını etiraf edib: “...Amma buna baxmayaraq, biz bu gün dünyanı Ukraynadakı bu müharibəni dayandırmağa kömək etmək, dövlətimizin yenidənqurma fondlarını doldurmaq üçün yardımçı olmağa səsləyirik” – deyə baş nazir bildirib

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi nəticəsində ölkə iqtisadiyyatına dəyən itkilərin qiymətləndirilməsi ilə məşğul olan Ukrayna hökumətində artıq müvafiq qrup yaradılıb və işləyir.

“...İlkin hesablamalar göstərir ki, hazırda Ukrayna üçün birbaşa itkilər 565 milyard ABŞ dollarından çox təşkil edir. Əslində, bunlar dövlətimizin bərpası üçün tələb olunacaq vəsaitlərdir”.

Yeri gəlmişkən xatırladaq ki, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bir müddət bundan əvvəl Rusiya ÜDM-nin yarısının müharibədən sonra Ukraynanın bərpasına sərf olunacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə