ABŞ dövlət katibi Entoni Blinken müstəqil Ukraynanın Rusiya prezidenti Vladimir Putindən daha uzun müddət mövcud olacağını bəyan edib.
SİA xəbər verir ki, o, bu barədə “CNN” telekanalına verdiyi müsahibədə bildirib: “Birincisi, müstəqil Ukrayna Vladimir Putindən çox uzun müddət mövcud olacaq. Demək istərdim ki, bu və ya digər şəkildə Ukrayna mövcud olacaq, lakin Putin nə vaxtsa mövcud olmayacaq”-deyən dövlət katibi ABŞ-ın hazırda mümkün qədər çox olan ölüm və dağıntıların qarşısını almaq üçün çalışdığını da deyib.
Blinken hazırda Rusiyanın apardığı müharibəni “məhdudlaşdırmaq, dayandırmaq, bitirmək üçün çox çalışdıqlarını da da gizlətməyib.
Yeri gəlmişkən xatırladaq ki, Rusiyanın genişmiqyaslı hücumları başlayandan bəri Ukrayna NATO-dan uçuşa qadağa zonası yaratmaqla ölkənin səmasını bağlamağı xahiş edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB