Rusiya süd məhsulları istehsalçıları idxal materiallarından hazırlanan qablaşdırma ilə bağlı problemlər səbəbindən tədarükdə mümkün fasilələr barədə xəbərdarlıq ediblər.
SİA bu barədə “ren.tv” saytına istinad edir.
Bildirilir ki, artıq problemlə bağlı Sənaye və Ticarət Nazirliyinə xəbərdarlıq ediblər.
Plastik Emalçılar İttifaqı da bu vəziyyətdən xəbərdardır.
Onlar bildiriblər ki, aseptik qablaşdırma süd və şirələr üçün istifadə olunur. Məhsul və konteyner ayrıca sterilizasiya edilir, bundan sonra içki steril şəraitdə qablara tökülür və möhürlənir. Bu da, məhsulun xüsusiyyətlərini uzun müddət saxlamağa imkan verir.
Rusiyada belə qablar iki fabrik – “Tetra Pak” və “Elopak” tərəfindən istehsal olunur. Onun istehsalı üçün materiallar isə ölkəyə gətirilir.
Mənbə onu da bildirib ki, “Elopak” ötən həftə fəaliyyətini dayandırıb deyə, bu səbəbdən bazarda konteyner çatışmazlığı yaranıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB