Yaponiyanın baş naziri Fumio Kisida Rusiyanı ticarətdə ən əlverişli ölkə statusundan məhrum etmək niyyətindədir.
“NHK” telekanalı xəbər verir ki, bu barədə qərarı baş nazirin özü verib.
SİA telekanalın məlumatına istinad edərək qərarın çərşənbə günü elan ediləcəyini bildirir.
Rusiyanın “ticarətdə ən əlverişli ölkə” siyahısından çıxarılması Moskvanı Yaponiyanın müxtəlif ticarət üstünlüklərindən məhrum edəcək.
Xatırladaq ki, bir müddət bundan əvvəl Yaponiya Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində bu ölkəyə ixracı qadağan edilən mal və texnologiyaların siyahısını 300-əə qədər genişləndirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB