“Müharibə Rusiya üçün utanc və yoxsulluqla başa çatacaq”

Ukrayna prezidenti qeyd edib ki, Ukraynaya qarşı genişmiqyaslı təcavüzə görə Rusiya Federasiyası uzun illər təcrid olunma təhlükəsi ilə üzləşib
“Müharibə Rusiya üçün utanc və yoxsulluqla başa çatacaq”

Prezident Vladimir Zelenski əmindir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin onlar üçün biabırçılıq və yoxsulluqla başa çatacağına əmindir.

Ukraynalı prezident bu barədə “Facebook” sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib. SİA bu barədə “UNİAN” saytına istinad edir.

Videomüraciətdə deyilir:

“Rusiya vətəndaşları! Həqiqi məlumat əldə edən hər biriniz bu müharibənin ölkəniz üçün necə bitəcəyini artıq anlaya bilər. Bu müharibə sizin üşün utanc və yoxsulluq, dünyadan tədric şəklində sonunclanacaq. Bundan sonra nə baş verəcəyi isə sizin edəcəyinizz hərəkətlərinizdən asılıdır”, - deyə Zelenski bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə