AŞPA Rusiyanın Avropa Şurasından çıxarılmasını təsdiqləyib

AŞPA Rusiyanın Avropa Şurasından çıxarılmasını təsdiqləyib

AŞPA deputatlarının Rusiyanın Avropa Şurasından (AŞ) çıxarılması məsələsi üzrə səsverməsi demək olar ki, yekdilliklə qəbul edilən qərarla başa çatıb. SİA rus saytına istinadən bildirir ki, Assambleya Avropa Şurası Nazirlər Komitəsinə Rusiya Federasiyasının qurumdan çıxarılması ilə bağlı müraciət edib.

...Müraciət qəbul edilib. Rusiya Federasiyasının beynəlxalq təşkilatdan çıxarılmasının lehinə 216 deputat səs verib, üçü isə bitərəf qalıb. Heç kim Rusiyanın Avropa Şurasından çıxmasına qarşı çıxmayıb.

AŞPA sədri Tini Koks deputatların müvafiq qərarı barədə sabah Nazirlər Komitəsinə məlumat verəcəyini bildirib. Assambleya Rusiya Federasiyasının Ukrayna ərazisində xüsusi əməliyyat keçirməsini Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin və Rusiyanın təşkilata daxil olarkən üzərinə götürdüyü öhdəliklərin pozulması kimi qiymətləndirir.

Rusiya Federasiyasının fikrinə gəlincə, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy artıq AŞ-dan çıxmaq barədə qərarını açıqlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov müvafiq sənədi təşkilatın baş katibinə təqdim edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə