İtaliyanın əsas banklarından olan “Unicredit”in baş direktoru Andrea Orsel bankın Rusiyadakı fəaliyyətini nəzərdən keçirdiklərini və bu ölkədən çıxmağı düşündüklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə A.Orsel Rusiya-Ukrayna gərginliyi fonunda baş verənləri nəzərdən keçirdiklərini bildirib.
“Unicredit” Rusiyadakı biznesinə yenidən baxır və bu ölkədən çıxmağı düşünə bilər. Bank bir ölkədən tamamilə çıxmasının təsirini, nəticələrini və mürəkkəbliyini ciddi şəkildə nəzərdən keçirməlidir. Bankın Rusiyada fəaliyyət göstərən 4000 işçisinin digər Avropa şirkətlərinin dəstəyinə ehtiyacı olacaq”, - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB