Kabayevanın İsveçrədən qovulması tələb olunur

“Eva Braunu fürerlə birləşdirin...” Rusiya, Belarus və Ukraynadan olan fəallar Kabayevanın İsveçrədən çıxarılmasını tələb edən petisiya yaradıblar
Kabayevanın İsveçrədən qovulması tələb olunur

Deyəsən, vəziyyət gərginləşir axı... Belə ki, KİV-lərin məlumatına görə, Rusiya prezidenti Putinin məşuqəsi olduğu iddia edilən rusiyalı gimnast Alina Kabayeva fəalların nişangahı altına düşüb.

Belə ki, onun diktatordan doğulan uşaqları ilə birgə “oturduğu” İsveçrədən qovulması tələb olunur.

SİA “change.org” saytına istinadən xəbər verir ki, fəallar “İsveçrə, niyə Putin rejiminin əlaltılarına sığınacaq verdin?!” adlı petisiya yaradıblar.

Qeyd edək ki, Rusiya, Ukrayna və Belarusdan olan fəallar İsveçrə hakimiyyətinə ünvanladıqları müraciətdə keçmiş gimnast Kabayevanı “Eva Braun” (Hitlerin məşuqəsi), Putini isə “Fürer” adlandırıblar.

Petisiya müəllifləri qeyd ediblər ki, İsveçrə müasir tarixdə ilk dəfə olaraq öz neytrallığını pozaraq Putinə qarşı sanksiyalara qoşulub. Lakin buna baxmayaraq, onun məşuqəsi bu ölkədə gizlənməkdə davam edir.

Fəalların iddiasına görə, xanım Alina Kabaeva, sadəcə Rusiya diktatoru ilə əlaqəsi olan sadə bir qadın deyil, o həm də bəşəriyyətə qarşı cinayətkardır....Maraqlıdır ki, fəallar bunu Alina Kabaevanın Ukraynadakı müharibəni "dəstəkləməsi" ilə əlaqələndirirlər.

Ona görə də fəallar İsveçrə hökumətindən Kabayevanın bu ölkədə qalmasına diqqət yetirməyi xahiş edirlər. Müraciət müəllifləri təkid edirlər ki, Putinin məşuqəsinə Rusiya Federasiyasından kənarda yaşamağa icazə verilməməlidir: "...Biz sizdən xahiş edirik ki, bu gün Putin rejiminin bütün benefisiarlarının insanlığa qarşı cinayəti baş verərsə, prinsipial olasınız! Xahiş edirik, Eva Braunu öz füreri ilə birləşdirin!”.

Bu fikirlər də fəalların İsveçrə hakimiyyətinə ünvanladıqları müraciətdə yer alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə