Hulusi Akar NATO-nun növbədənkənar toplantısına qatılacaq

Hulusi Akar NATO-nun növbədənkənar toplantısına qatılacaq

Milli müdafiə naziri Hulusi Akar NATO-nun növbədən kənar müdafiə nazirləri toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedəcək. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

NATO ölkələrinin müdafiə nazirləri Rusiyanın Ukraynaya hücumu ilə bağlı hadisələri qiymətləndirmək üçün martın 16-da çərşənbə günü növbədən kənar toplantı keçirəcək.

NATO-nun mənzil qərargahında təşkil ediləcək toplantı çərçivəsində keçiriləcək sessiyalara qatılacaq Hulusi Akarın ikitərəfli görüşləri də gözlənilir.

Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə