Əslində, Peskov bunları deməklə özünü “sındımaq” istəmir?
Tərəflər "sülhə" gəlir?

"…Rusiya ilə aparılan danışıqlar daha konstruktiv xarakter almaqdadır və biz artıq, belə demək olarsa, gələcək razılaşmadan danışırıq…”. Qeyd edim ki, bu fikirləri prezident Vladimir Zelenskinin ofis rəhbərinin müavini İqor Jovkva deyib. SİA bu barədə rus mətbuatına istinad edir.

…“İlk raundlarda Rusiya bizim mövqeyimizi nəinki eşitmir, hətta bizimlə ultimatumlar dilində danışırdı. Onlara görə, Ukrayna silahlarını yerə qoyub təslim olmalı, prezidentiniz təslim aktına imza atmalı və s… Amma indi Rusiya bir az fərqli tonda danışır”.

Maraqlıdır ki, Jovkva bu sözləri Ukrayna telekanalının efirindən bəyan edib.

Onun sözlərinə görə, vəziyyətin belə inkişafı Kiyevdə “mülayim nikbinlik” yaratsa da, lakin danışıqlarda yalnız dövlət başçılarının iştirakı ilə real əhəmiyyətli irəliləyiş əldə etmək mümkün olacaq.

Yeri gəlmişkən, bu arada Zelenskinin müşaviri Aleksey Arestoviç barışıq sazişinin əldə olunmasının mümkün vaxtını da təklif edib. Onun fikrincə, bu, yaxın iki həftə ərzində baş verə bilər. Beləliklə, danışıqların növbəti mərhələsinin həlledici olacağı ehtimal edilir.

Qeyd edilməlidir ki, Kreml indiyədək həmişə belə proqnozlardan yayınmağa çalışıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, nümayəndə heyətləri yekun qərar qəbul etmək üçün çətin iş aparır və onun başa çatmasından əvvəl hər hansı nəticə çıxarmaq hələ ki, tez görünür.

…Ancaq danışıqlar prosesinin sadəcə olaraq davam etməsini artıq müsbət cəhət adlandırmaq olar.

…Əslində, Dmitri Peskovun bunları bəyan etməsi…el arasında deyildiyi kimi, “…özünü (təkcə özünümü?) “sındımamaq” anlamı yaradır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə