Ukraynadan tәxliyә edilәn türklərin sayı 14 min 842 nәfәrә çatıb

Ukraynadan tәxliyә edilәn türklərin sayı 14 min 842 nәfәrә çatıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn bü günәdәk 14 min 842 Türkiyә vәtәndaşlarının tәxliyә edildiyini bildirib.

SİA xəbər verir ki,bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Mövlud Çavuşoğlu paylaşımında deyib: ‘‘ Ukraynanın Kiyev, Lviv vә Çernivtsi,Xarkov, Poltova, Bila, Tserkva vә Konotop şәhәrlәrindәn tәxliyә edilәn 172 nәfәrlә tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayı 14 min 842 nәfәrә çatıb. Yolunuz açıq olsun!''.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə