Polşa Prezidenti Türkiyəyə səfər edəcək

Polşa Prezidenti Türkiyəyə səfər edəcək

Polşa Respublikasının Prezidenti Andjey Duda martın 16-da Türkiyə Respublikasına səfər edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ankarada bir araya gələcək Türkiyə və Polşa dövlət başçıları səfərin yekunu ilə bağlı mətbuat qarşısında birgə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə