NATO bölmələri Slovakiya ərazisinə yerləşir

NATO bölmələri Slovakiya ərazisinə yerləşir

Slovakiya Milli Şurası Ukraynadakı vəziyyətlə əlaqədar hökumətin NATO bölmələrinin ölkə ərazisində yerləşdirilməsi təklifini bəyənib.

SİA TASS-a istinadən xəbər verir ki, iclasda iştirak edən 134 deputatdan 96-sı lehinə səs verib. 15 deputat əleyhinə, 22 deputat isə bitərəf qalıb. Deputatlardan biri səsvermədə iştirakdan imtina edib.

Beləliklə, Slovakiyada yerləşdiriləcək bölmənin tərkibində Almaniya, ABŞ, Çexiya, Sloveniya, Polşa və Hollandiyadan olan hərbçilər olacaq. NATO bölməsi blokun şərq hissəsi ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi planlarının həyata keçirəcəklər.

Xatırladaq ki, bundan əvvəl Slovakiyanın 3 rus diplomatını ölkədən çıxarması barədə məlumat yayılmışdı. Yeri gəlmişkən Rusiya Xarici İşlər Nazirliyi də Bratislavanın rus diplomatlara qarşı bu cür hərəkətlərinin cavabsız qalmayacağını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə