Rusiya ilə Ukrayna arasında gedən müharibənin 20-ci günündə İngiltərə kəşfiyyat mənbələrindən təəccüblü bir iddia irəli sürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın Ukraynada irəliləyişini daha 10-14 gün davam etdirmək gücü var.
Britaniya təhlükəsizlik mənbələri Rusiya ordusunun tam gücü ilə döyüşməsi üçün 10-14 gün qaldığını bildirib. Son vaxtlarda Xarkov başda olmaqla bir çox şəhərə hücum edən və mülki insanları hədəf almaqla günahlandırılan Rusiyanın gücünün azalmağa başladığı iddia edilib.
Rusiyanın həm Ukraynada müqavimətlə üzləşməsi, həm də ABŞ başda olmaqla qərb ölkələrinin sanksiyaları ilə üzləşməsilə müharibənin uzandığı bildirilərkən Moskvanın planlarından geri qaldığı da vurğulanıb.
Günay İsmayılova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB