Daha1 716 nəfər COVID-19-a yoluxub - GÜRCÜSTANDA

Daha1 716 nəfər COVID-19-a yoluxub - GÜRCÜSTANDA

Gürcüstanda ötən sutka ərzində daha 1 716 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 1 551 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 637 691 nəfərdə aşkarlanıb. Onların 1 590 380-i sağalıb, 16 585-i isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə