“On minlərlə mülki şəxsə avtomat paylamışıq”

“On minlərlə mülki şəxsə avtomat paylamışıq”

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsi başlayandan bəri on minlərlə mülki şəxsə silah paylanıb.

SİA “TSN” istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Denis Monastırski bildirib.

Daxili İşlər Nazirliyinin rəisi xatırladıb ki, bundan əvvəl “Müharibə dövründə mülki şəxslərin ölkənin müdafiəsində iştirakının təmin edilməsi haqqında” qanun qəbul edilib ki, bu da mülki şəxslərə odlu silah almaq imkanı yaradır.

Nazirin sözlərinə görə, istənilən Ukrayna vətəndaşı polisə müraciət edib, həqiqətən Ukraynanın müdafiəsi üçün işləmək istədiyini sübut edərsə, o avtomat silahı almaq hüququ qazanır.

“Biz artıq bütün ölkə üzrə on minlərlə mülki şəxsi avtomat silahla təmin etmişik” - Monastırski bildirib.

Bununla yanaşı, Belarusdan gələn təhlükəni nəzərə aldıqlarını bildirən nazir Ukraynanın Rovno vilayətində və Volıniyada da əhaliyə silah paylamağı planlaşdırdıqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə