İngilislər “soyuqqanlı ruh” raketini yüksək qiymətləndiriblər

İngilislər “soyuqqanlı ruh” raketini yüksək qiymətləndiriblər

Britaniyanın “The Sun” agentliyi Rusiyanın yeni “Zirkon” raketinin görüntülərini qiymətləndirib. Qeyd edək ki, sürəti saatda 11 min kilometrdən çox olan raket, səs sürətindən doqquz dəfə yüksəkdir.

SİA xəbər verir ki, “REN TV” nin məlumatına görə, britaniyalılar raketin buraxılışı ilə bağlı görüntüləri “ruhun üşüməsi” adlandırıblar.

Qeyd edək ki, raketin buraxılışı ilə bağlı video bu yaxınlarda dərc edilsə də, amma böyük ehtimalla onun buraxılışının ötən ilin dekabrında edildiyi şübhə doğurmur.

Rusiya Müdafiə Nazirliyi “Zirkon” hipersəs raketinin sınaqlarının 2022-ci ilin yanvarında başa çatdığını bildirib və onun bu il Rusiya hərbi qüvvələrinə daxil ediləcəyi də bildirilib.

Yeri gəlmişkən daha əvvəl “SP” yeni rus döyüş robotunun sınaqlarına bu ilin apreldə başlanılacağını bildirmişdi. Burada söhbət T-72 tankının bazasında yaradılmış ağır zərbə robotu olan “Sturm”dan gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə