Somalidə “Aş-Şabab” təşkilatının onlarla terrorçusu məhv edilib

Somalidə “Aş-Şabab” təşkilatının onlarla terrorçusu məhv edilib

Somalidə “Aş-Şabab” terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 25 yaraqlı öldürülüb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xəbər verib.

Qeyd edilir ki, “Aş-Şabab” terrorçularına qarşı əməliyyatlar Aşağı Şabel bölgəsində keçirilib.

Əməliyyat nəticəsində 25 yaraqlı öldürülüb, daha 35 terrorçu yaralanıb.

Yerli mətbuat həmçinin terrorçuların liderlərindən birinin məhv edilməsi barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə