ABŞ Çinə xəbərdarlıq edir...

...əgər Rusiyaya Ukrayna ilə müharibədə kömək etsə,bunun “əhəmiyyətli nəticələrini" görəcək
ABŞ Çinə xəbərdarlıq edir...

ABŞ bir daha Çinin Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edəcəyi təqdirdə, “nəticələr”lə üzləşəcəyini bildirib.

Qeyd edək ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” və “CBS News” də bu məsələ ilə bağlı yazı veriblər.

Deməli, Psakinin sözlərinə görə, söhbət ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə razılaşdıracağı iqtisadi sanksiyalardan gedir.

“Əgər onlar Rusiyaya hərbi və ya digər yardım göstərsələr, bu, təbii ki, sanksiyalara ziddir və ya hərbi səyləri dəstəkləsələr, bunun əhəmiyyətli nəticələri olacaq”-deyə Psaki bildirib.

Maraqlıdır ki, mətbuat katibi Ukraynaya qarşı müharibə başlayandan bəri Çinin Rusiyaya hər hansı bir hərbi yardım edib-etmədiyini söyləməkdən imtina edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə