Meksikada öldürülmüş 26 nəfərin meyitinin qalıqları tapılıb

Meksikada öldürülmüş 26 nəfərin meyitinin qalıqları tapılıb

Meksikada itkin düşənlərin axtarışında iştirak edən ictimai təşkilatların üzvləri ölkənin şimalındakı Sonora ştatında öldürülmüş 26 nəfərin meyitinin qalıqlarını tapıblar.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, meyitlərin qalıqları Syudad Obreqon şəhərində tərk edilmiş evlərin həyətlərində gizli basdırılıb.

Hakimiyyət nümayəndələri öldürülənlərin şəxsiyyətlərini müəyyən etmək üçün zəruri olan laboratoriya müayinələrini aparmağa başlayıblar. İlkin məlumatlara görə, söhbət bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin qurbanlarından gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə