“Biz “rus ayısının nəyə qadir olduğunu” sübut etməliyik”

“Biz “rus ayısının nəyə qadir olduğunu” sübut etməliyik”

...Krımdan olan senator Olqa Kovitidinin sözlərinə görə, bu günlərdə Rusiyaya tətbiq edilən yeni sanksiyalar paketinin müəllifləri özlərini uduzmuş vəziyyətdə qoymuş olacaqlar. SİA bu barədə rus mətbuatına istinad edir.

...Qərbin Rusiyaya qarşı sanksiyaları təkcə Rusiya üçün deyil, həm də onların özləri üçün ciddi iqtisadi çətinliklərə səbəb olacaq. Federasiya Şurasının üzvü, Krımdan olan senator Olqa Kovitidi əmindir ki, bu məhdudiyyətləri tətbiq edən ölkə vətəndaşları ruslardan daha çox zərər görəcəklər.

“FAN” saytına verdiyi müsahibədə o, bu gün tərəflər arasında şiddətlənən qarşıdurmadan heç bir tərəfin fayda görməyəcəyini bildirir. Xanım senatorun fikrincə, dünyadan ayrılmağa başlayan Moskva deyil. Kovitidiyə görə, Rusiya qarşı tərəflərlə uzun müddət diplomatik dialoq qurmağa çalışsa da, lakin ədalətli cavab ala bilməyib(?).

Qərb isə Rusiyanın siyasi və iqtisadi düzgünlüyünü zəiflik kimi qəbul edib. Amma indi biz “rus ayısının nəyə qadir olduğunu” sizlərə sübut etməliyik.

“Onlar, yəni Qərb dövlətləri başa düşməlidirlər ki, bu, qəsdən uduzmuş vəziyyətə gətirib çıxaracaq və Rusiyaya qarşı sanksiyalar tətbiq edən dövlətlərin vətəndaş cəmiyyətində, ilk növbədə onların iqtisadiyyatında, biznes mühitində parçalanma və qarşıdurmanı daha da kəskinləşdirəcək. Ona görə də onların vəziyyəti bizimkindən də qat-qat pis olacaq...” -deyə senator xanım bildirib.

Rusiya səlahiyyətlisi ölkəsinə tətbiq edilən çoxsaylı məhdudiyyətlərin izsiz keçə bilməyəcəyinə də əminlik bildirir. Onun fikrincə, bu gün müəyyən mallar var ki, Avropa onları Rusiyadan alır və onsuz keçinə bilməyəcəyini də yaxşı bilir. Məsələn, qaz, kömür, neft, həmçinin nikel, titan və palladium... Senator xanıma görə, sonuncu elementlər olmadan müasir avtomobil bazarını təsəvvür etmək praktiki olaraq mümkün deyil.

...Rusiya həm də dünyada ən böyük gübrə təchizatçılarından biridir. Bunlar olmasa, ərzaq bazarı ciddi şəkildə daralacaq ki, bunu sadə avropalılar da hiss edəcəklər və çətin ki, bu vəziyyət onları qane etsin...

Buna isə xanım senator əminliyini belə gizlətmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə