Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməkdən çəkinməyən ruslara təşəkkür edib.
SİA UNİAN” saytına istinadən xəbər verir ki, bu barədə onun Prezident Aparatının “Telegram” kanalında yerləşdirilmiş videomüraciətində deyilir.
“...Həqiqəti çatdırmaqdan əl çəkməyən ruslara minnətdaram. Dezinformasiya ilə mübarizə aparan və həqiqəti söyləyənlərə, onların dostlarına, qohumlarına, real faktları danışanlara və şəxsən Birinci Kanala daxil olan qıza... etiraz etməkdən qorxmayanlara minnətdarlıq bildirirəm. Ölkəniz özünü bütün dünya üçün tamamilə bağlamayana, Şimali Koreyaya çevrilməyənə qədər mübarizə etməlisiniz və bu istiqamətdə şansınızı itirməməlisiniz."-deyə Ukrayna prezidenti bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB