Rusiya ilə bağlı daha bir “yeniliyə” Avropa Komissiyasının sədr müavini Maros Şefçoviç “imza atıb”. Belə ki o, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlayandan sonra strateji təhlükəyə çevrildiyini bəyan edib. SİA bu barədə “rambler” saytına istinad edir.
"Düşünürəm ki, bizim həqiqətən də müttəfiq kimi bir-birimizlə hərəkət və ya əməkdaşlıq etməyimiz çox vacibdir. İnanıram ki, Rusiya artıq strateji çağırış deyil. Bu, strateji təhlükədir. Biz bunu, eyni zamanda bu müharibəni dayandırmalıyıq"- deyə sədr müavini bildirib.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəldiyi bildirilirdi.
Qeyd olunur ki, sanksiyalar Ukraynaya qarşı təcavüzdə iştirak edən şəxs və təşkilatlara, habelə Rusiya iqtisadiyyatının bir sıra sahələrinə qarşı yönəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB