Jovkva: "Rusiyanın ərazi iddiaları qəbuledilməzdir"

Jovkva: "Rusiyanın ərazi iddiaları qəbuledilməzdir"

Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva iddia edir ki, ölkəsi Rusiya ilə danışıqlarda gələcək çün təhlükəsizliyə təminat əldə edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Almaniyanın ARD telekanalının efirində bildirib.

“Biz bu vəziyyətin daha heç vaxt təkrarlanmasını istəmirik”, - deyə Jovkva bildirib.

Onun sözlərinə görə, Moskva ilə danışıqlar zamanı hərbi əməliyyatların dayandırılmasından sonra Ukrayna üçün mümkün sülh razılaşması, təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlər səsləndirilib.

İqor Jovkva bildirib ki, danışıqlar zamanı Rusiyanın ərazi iddialarıqəbuledilməzdir.

O, hesab edir ki, digər maddələrlə bağlı müzakirələr aparmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə