Ruslar Vasilyevka-Poloqi istiqamətində itki veriblər?

Ruslar Vasilyevka-Poloqi istiqamətində itki veriblər?

Zaporojye Vilayət Hərbi İdarəsi rusların Vasilyevka-Poloqi istiqamətində ağır itki verdiyini bildirib.

SİA “UNİAN” saytına istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi İdarəsinin sədri Aleksandr Staruxun “Telegram” kanalına danışarkən bildirib.

O, deyib ki, rus tərəfi hərbi ehtiyaclar üçün mülki infrastrukturdan istifadə edərək artilleriya, tank, qumbaraatan, minaatan və helikopterlərdən fəal şəkildə istifadə etməkdə davam edir. Lakin “düşmən Zaporojye diyarı ərazisində hərbi əməliyyatların aparılması kimi əsas məqsədinə nail ola bilməyib”.

“...Bizim bölmələrə gəlincə isə, onlar ruslara həm ön cəbhədə, həm də döyüş birləşmələrinin dərinliyində atəş zərbələri endirməkdə davam edirlər. Belə ki, ruslar Vasilyevka-Poloqi istiqamətində ağır itki veriblər".

Yerli sakinlərin dediklərinə istinad edən Staruxunin sözlərinə görə, Rusiya tərəfi təbliğat kanalları üçün guya mülki əhaliyə humanitar yardım payladıqları barədə “film” də çəkib.

Zaporojye vilayətinin müxtəlif icmalarından olan yerli sakinlərin sözlərinə görə, ruslar əhalini Ukraynanın dövlət nümayəndələri və yerli hakimiyyət orqanlarına olan inamını sarsıtmaq üçün müxtəlif informasiya və psixoloji kampaniyalar aparırlar.

Qeyd edək ki, “UNİAN” daha əvvəl Rusiya qoşunlarının Donetsk istiqamətində ukraynalıların müdafiəsini yarmağa çalışdıqları, lakin xeyli itki verərək geri çəkildikləri barədə xəb bildirib.ər yaymışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə