Çin tərəfləri dialoqa çağırıb

Çin tərəfləri dialoqa çağırıb

Çin Xalq Respublikası hakimiyyəti dünya ictimaiyyətini vəziyyəti mümkün qədər tez həll etmək üçün Rusiya və Ukrayna arasında danışıqların asanlaşdırılmasında birgə səylər göstərməyə çağırıb. Bu barədə bazar ertəsi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büronun üzvü Yan Tszeçi bildirib.

Çin rəsmisi Romada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanla görüşdə qlobal dəstəkdən danışıb: “Dünya ictimaiyyəti mümkün qədər tez əhəmiyyətli nəticələrə nail olmaq və mümkün olan ən sürətli detenti təşviq etmək üçün Rusiya və Ukrayna arasında sülh danışıqlarını dəstəkləməlidir” - deyə çinli rəsmi bildirib.

SİA bu barədə “UNİAN” saytına istinad edir.

Yeri gəlmişkən həmən görüşdə Ceyk Sullivan Pekinin Tayvan boğazında məcburedici və təxribat xarakterli hərəkətləri ilə bağlı narahatlığını da ifadə edib,

Bundan əlavə, Vaşinqton Çini Rusiyaya dəstəyin “nəticələri” ilə hədələməkdə davam edib və edir. Qeyd edək ki, bu, həm Ağ Ev, həm də Dövlət Departamentindən verilən mesajlarda ifadə olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə