Zelenski Radaya Ukraynada hərbi vəziyyətin uzadılmasını təklif edib
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya Ukraynada hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.
“Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” 7168 nömrəli prezidentin fərmanının təsdiq edilməsi haqqında müvafiq qanun layihəsi parlamentin saytında dərc olunub.
Sənəd hərbi vəziyyətin martın 26-dan 30 gün müddətinə saat 05:30-dan 05:30-a qədər uzadılmasını nəzərdə tutur.
SİA UNİAN-a istinadən xatırladır kİ, daha əvvəl Ukraynada 30 günlük hərbi vəziyyət fevralın 24-də Rusiya Federasiyasının tammiqyaslı işğalı barədə qərarından sonra tətbiq edilmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB