“Biz Rusiya iqtisadiyyatını tamamilə əzmişik...”

“Biz Rusiya iqtisadiyyatını tamamilə əzmişik...”

Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi mətbuat brifinqində ABŞ və müttəfiqlərinin Rusiya iqtisadiyyatını “tamamilə əzdiklərini” bildirib.

“Oyunun sonunun nə olacağı prezident Putinin sualıdır. Biz onun iqtisadiyyatını tamamilə darmadağın etdik. Biz ukraynalılara hərbi və humanitar yardım göstərərək, onlara Rusiya rəhbərliyinin gözlədiyindən daha uzun müddət müqavimət göstərmək imkanı verdik”.

SİA xəbər verir ki, bu sitatı Psakidən “RİA Novosti” gətirir.

ABŞ səlahiyyətlisi onu da vurğulayıb ki, Rusiya Federasiyasının prezidenti “gələcək yolun onun üçün necə görünəcəyini müəyyən etməlidir”.

Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl ruslara qarşı tətbiq edilən sanksiyalara rəğmən, ABŞ prezidenti Cozef Bayden Rusiya fond bazarının vəziyyətini şərh edərkən, açılışdan sonra “partlayış” və çöküşü proqnozlaşdırmışdı.

Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın Qərb ölkələrinin elan etdiyi iqtisadi müharibənin nəticələrini minimuma endirmək üçün əlavə tədbirlər gördüyünü bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə