Rus kanalı əməkdaşından ruslara çağırış...

Rus kanalı əməkdaşından ruslara çağırış...

...Deyildiyi kimi, Rusiyanın Birinci Kanalının canlı efirində maraqlı anlar yaşanıb. Belə ki, kanalın “Vremya” xəbərlər proqramının əməkdaşı anonsu oxuyarkən, arxa kadrda digər kanal əməkdaşı “Müharibəni dayandır” plakatı ilə görüntülənib.

Qeyd edək ki, onun əlindəki plakatda "MÜHARİBƏ YOX. Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizə yalan deyirlər. Ruslar müharibəyə qarşıdır" yazıları olub. SİA bu barədə rus mətbuatına istinad edir.

Bildirilir ki, veriliş kanalın redaktorlarından olan Marina Ovsyannikovanun bu hərəkətinə görə dayandırılıb. Onu da bildirək ki, bundan bir qədər əvvəl o, videomüraciətində Rusiyanın “qardaş qırğını”nı dərhal dayandırmağa çağırıb.

"Hazırda Ukraynada baş verənlər cinayətdir. Rusiya isə təcavüzkar ölkədir. Və bu təcavüzə görə yalnız bir nəfər məsuliyyət daşıyır. Bu şəxs Vladimir Putindir", - deyə o bildirib. Jurnalist atasının ukraynalı, anasının isə rus olduğunu deyib və Rusiya Federasiyası sakinlərini müharibə əleyhinə mitinqlərə çıxmağa çağırıb.

“Təəssüf ki, son illər mən Birinci Kanalda işləyirəm, Kremlin təbliğatı aparıram və indi bundan çox utanıram.

Televiziya ekranından yalan danışmağa icazə verdiyim üçün ayıbdır.

Rus xalqını zombiləşdirməyə icazə verdiyim üçün utanıram.

2014-cü ildə, bütün bunlar yeni başlayanda biz susmuşduq. Kreml Navalnını zəhərləyəndə biz mitinqlərə çıxmırdıq. Biz sadəcə olaraq bu anti-insani rejimi səssizcə seyr edirdik. İndi isə bütün dünya bizdən üz çevirib. Və nəslimizin daha on nəsli bu qardaş qırğınının rüsvayçılığından yuyulmayacaq.

Biz, rus xalqı, düşüncəli və ağıllıyıq, bu çılğınlığı dayandırmaq yalnız bizim gücümüzdədir. Mitinqlərə çıxın, heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər” –deyə Marina Ovsyannikova ruslara çağırış edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə