Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisi bərpa olundu

Ukrayna Energetika Nazirliyindən verilən yazılı məlumata görə...
Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisi bərpa olundu

Ukrayna Energetika Nazirliyi Çernobıl Atom Elektrik Stansiyasında davam edən təmir işlərinin başa çatdığını və stansiyaya elektrik enerjisinin verildiyini bildirib.

SİA xəbər verir ki, Ukrayna Energetika Nazirliyindən verilən yazılı məlumata görə, Rusiyanın 9 mart hücumu nəticəsində elektrik enerjisi kəsilən Çernobıl Atom Elektrik Stansiyasında Ukraynanın “Ukrenerqo” Milli Enerji Şirkəti tərəfindən aparılan təmir işləri başa çatıb və stansiyada elektrik enerjisi bərpa edilib.

Ardıcıl 2 həftədən çoxdur ki, Ukraynanın enerji sistemi Rusiya işğalçılarının atəşi altında işləyir.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə