Rusiya Hindistana milyonlarla barel neft satdı

Rusiya Hindistana milyonlarla barel neft satdı

Hindistanın ən böyük neft emalı zavodu olan “IOC” Rusiyadan 3 milyon barel “Urals” nefti alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” bildirib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk dəfə olaraq xaricə bu həcmdə yanacaq satır.

Bu gün Qərbin sanksiyaları bir çox şirkətləri və ölkələri Rusiya neftindən imtina etməyə məcbur edib.

Nəticədə, “Urals” ixrac yanacağına endirimlər (istinad indeksi) rekord səviyyəyə yüksəldi.

Mənbələrin bildirdiyinə görə, “IOC” -un Rusiya neftini aldığı avropalı treyder Vitol nefti bir barel üçün 20-25 dollar endirimlə satır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə