Almaniya kansleri Türkiyədə səfərdədir

Almaniya kansleri Türkiyədə səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Almaniya Federativ Respublikasının yeni kansleri Olaf Şolts martın 14-də Türkiyəyə gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, Şolts rəsmi səfər çərçivəsində gəldiyi paytaxt Ankarada Anıtqəbiri ziyarət edib.

Burada xatirə dəftərini imzalayan Şolts bunları yazıb:

"Avropanın böyük dövlət xadimi, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə dərin ehtiramla. Belə çətin anlarda türk və alman xalqları arasındakı əlaqələr xüsusi dəyərə malikdir".

O. Şolts Prezident Ərdoğan tərəfindən Prezident Külliyesində rəsmi mərasimlə qarşılanıb.

Mərasimdən sonra iki ölkənin nümayəndə heyətlərinin təqdimatı .Sonra isə Ərdoğan və Şoltsun təkbətək və heyətlərarası görüşləri başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə