Qazaxıstan Ukraynaya humanitar yardım göndərib

Qazaxıstan Ukraynaya humanitar yardım göndərib

Qazaxıstan 28,2 ton tibbi ləvazimatdan ibarət humanitar yardımın ilk hissəsini Ukraynaya göndərib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada, əsasən dərmanlardan ibarət humanitar yardımın ilk hissəsinin səhər saatlarında Almatı hava limanından Ukraynaya yola düşdüyü bildirilib.

Açıqlamada 17 növ dərmandan ibarət, ümumi çəkisi 28,2 ton olan humanitar yardımın Ukraynaya çatdırılacağı qeyd edilib.

Açıqlamada sözügedən yardımın Polşa üzərindən Ukraynaya göndəriləcəyi bildirilib.

Açıqlamada "Qazaxıstan hökuməti bunun üçün Ukraynaya beynəlxalq humanitar yardım paylama mərkəzlərinin yerləşdirildiyi qonşu ölkələrlə razılaşıb. Humanitar yardımın ikinci partiyasını da sabah göndəririk" ifadəsindən istifadə edilmişdir.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə