Ukraynanın xarici işlər naziri Dmitro Kulaba Rusiya ordusuna qoşulmaq istəyən əcnəbi döyüşçülərə səslənərək onlardan Ukraynaya gəlməyi dayandırmağı xahiş edib.
SİA-nın əldə etdiyi məlumata görə, “Twitter” hesabında D.Kuleba bildirib: “Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparır.
Ukraynaya qarşı Rusiya ordusuna qoşulmaq istəyən xarici döyüşçülərə səslənirəm. Bunu etməyin. Biz beynəlxalq məhkəmələrdə iş qaldırmışıq. Sağ qalsanız belə, müharibə cinayətkarı sayılacaqsınız. Buna görə pula-filana dəyməz”.
Digər tərəfdən, Dmitro Kuleba İngiltərənin xarici işlər naziri Liz Truss ilə telefonda danışıb. Bu barədə “Twitter” hesabından Kuleba yazıb: “L.Truss ilə söhbət zamanı Ukraynaya qarşı müharibə aparan Rusiyaya daha çox sanksiya tətbiq edilməsi üçün növbəti addımları müzakirə etdik. Rusiya mənasız təcavüzünü və vəhşi müharibə cinayətlərini dayandırana qədər ona təzyiq artmalıdır".
Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel ilə telefonda danışıb və söhbət zamanı Ukraynanın Aİ-yə inteqrasiya prosesi müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB