Ukraynalı qaçqınların sayının 1 milyon 720 minə çatıb

Ukraynalı qaçqınların sayının 1 milyon 720 minə çatıb

Rusiya-Ukrayna müharibəsinin 19-cu günündə davam etdiyi bir vaxtda Ukraynadan qonşu ölkələrə miqrant axını davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Polşa Sərhəd Mühafizə Təşkilatı dünən yerli vaxtla saat 19:00-dan etibarən ölkəyə daxil olan ukraynalı qaçqınların sayının 1 milyon 720 minə çatdığını açıqlayıb.

İdman salonlarında və yarmarkalarda, Varşavanın otel və yataqxanalarında məskunlaşan 300 minə yaxın qaçqının həyatını asanlaşdıran qanun qüvvəyə minib. Bütün qaçqınlara 1 il yarımlıq yaşayış icazəsi verilməsi, iş icazəsinin alınması, səhiyyə və təhsil xidmətlərindən pulsuz yararlanmaq qərara alınıb.

Polşaya qaçqın axını davam edərkən, Varşava Universitetinin Miqrasiya Araşdırmaları Mərkəzinin professoru Makyej Duşçik iştirak etdiyi televiziya proqramında ukraynalı qaçqınların sayının 7 milyona çata biləcəyini söyləyib. Hər şeyin vəziyyətin necə inkişaf edəcəyindən asılı olduğunu bildirən Duşçik, qaçqınlardan 4 milyonunun yəqin ki, Polşa üzərindən başqa ölkələrə gedəcəyini bildirib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə