Rusiya-Ukrayna müharibəsi zamanı hamilə bir qadının təcili yardım işçiləri tərəfindən xərəklə dağıntılar altından xilas edildiyi görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, fotodakı qadın və körpəsi ölüb.
Qadın hücumdan xilas edildikdən sonra cəbhə xəttində yerləşən başqa xəstəxanaya aparılıb. Həkimlər qadını xilas etməyə çalışarkən onun bətnindəki körpənin ölmək üzrə olduğunu anlayıblar. Həkimlərin söhbətini eşidən qadın ölmək istədiyini bildirib.
Əməliyyatı həyata keçirən cərrah Timur Marin qadının çanaq sümüyünün parçalandığını və ombasının çıxdığını görüb. Körpəsini bu şəkildə dünyaya gətirə bilməyən qadın təcili olaraq keysəriyyə əməliyyatına aparılıb. Təəssüf ki, körpəni qurtarmaq mümkün olmayıb.
Həkimlər ananı xilas etmək üçün reanimasiya tədbirləri görsələr də bu, heç bir nəticə verməyib. Həkim Marin hər ikisinin öldüyünü açıqlayıb.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB