Polşada ukraynalı qaçqınların sayı 1,7 milyonu ötüb

Polşada ukraynalı qaçqınların sayı 1,7 milyonu ötüb

Polşa Sərhəd Mühafizə Agentliyi ölkəyə daxil olan ukraynalı qaçqınların sayının 1 milyon 720 minə çatdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Polşa ən çox immiqrasiya qəbul edən ölkələrdən biridir. Rusiya-Ukrayna müharibəsindən qaçan minlərlə qaçqın Polşaya sığınıb. İdman salonlarında və yarmarkalarda onlar üçün yataqxanalar hazırlanıb. O cümlədən otel və yataqxanalarda məskunlaşan 300 minə yaxın qaçqının Varşavaya gəldiyi qeyd edilərək qaçqınların həyatını asanlaşdıran qanun qüvvəyə minib. Bundan əlavə, bütün qaçqınlara bir il yarım müddətinə yaşayış icazəsi, işləmək icazəsi, səhiyyə və təhsil xidmətlərindən pulsuz yararlanma icazəsi verilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə