Pakistanın Pəncab əyalətində 4 mərtəbəli ticarət mərkəzi yanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş verən yanğında 400 mağaza yararsız hala düşüb. "Pace Mall" ticarət mərkəzində çıxan yanğının səbəbi məlum deyil. Dördmərtəbəli ticarət mərkəzinin ikinci, üçüncü və dördüncü mərtəbələrinə alov sürətlə yayılıb. Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşını və 50-dən çox əməkdaş cəlb edilib. Ticarət mərkəzindəki ən az 400 mağazanın hələ də istifadəyə yararsız olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB