BMT itkilərin sayını açıqladı

BMT itkilərin sayını açıqladı

İngiltərə Müdafiə Nazirliyinin paylaşdığı gündəlik kəşfiyyat hesabatında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumu nəticəsində 2 milyon 500 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəyanatda "Rusiyanın ayrıseçkilik etmədən bombardmanları və hava hücumları geniş dağıntılara səbəb olur. Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın işğalı başlayandan bəri artıq 1663 mülki itki olduğunu bildirib. Əvvəlki bu cür hesablamalarda olduğu kimi, faktiki rəqəmlərin əhəmiyyətli dərəcədə yüksək olacağı ehtimal edilir. Rusiya əməliyyatları davam etdikcə bu, artmağa davam edəcək",- deyə bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə