Rusiya mülki yaşayış məntəqələrinə zərbələr endirib

Rusiya mülki yaşayış məntəqələrinə zərbələr endirib

Rusiya Ukraynada mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya qüvvələri Ukraynanın şərqindəki Mikolayevin mülki ərazilərinə, həmçinin Xarkov və Donetskdəki mülki yaşayış məntəqələrinə zərbələr endirib. Gecə saatlarında Ukraynanın Mikolayev vilayətində mülki yaşayış məntəqələrinin bombalanmasından sonra bölgədə bir çox yaşayış məntəqələrinə ziyan dəyib.

Rusiyanın bu gün vurduğu Ukraynanın şərqindəki Xarkov və Donetsk vilayətlərində də bir çox mülki yaşayış məntəqəsi zərər görüb. Donetskdə şəhər mərkəzini hədəf alan Rusiya Xarkovda vətəndaşların yaşadığı çoxmərtəbəli binaları bombalayıb. Hadisə yerinə gələn çox sayda insan və axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanları xilas etməyə başlayıb.

Qeyd edək ki, hücumlardan sonra ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə