Taksi və şəxsi sürücülər çağırılması üzrə xidmətlər göstərən “Uber” şirkəti gediş və yeməyin çatdırılması üçün sərf edilən yanacağa görə müştərilərdən əlavə haqq almağa başlayacaq. SİA xəbər verir ki, şirkətin rəhbərliyi benzinin qiymətinin rekord dərəcədə artmasına istinad edərək yeni qayda tətbiq edib. Şirkətin press-relizində bildirilir ki, bu yenilik sürücülərin və “Uber Eats” yeməklərini çatdıranların xərclərini qarşılamağa kömək edəcək. Müvəqqəti əlavə ödənişin məbləği, sifarişçinin olduğu yerdən asılı olaraq, hər səfər üçün 45-55 sent və hər “Uber Eats” servis sifarişi üçün 35-45 sent həddində olacaq. Yeni qayda çərşənbə günü qüvvəyə minəcək.
San-Fransiskodan verilən məlumata görə, bu pulların hamısı bilavasitə sürücülərə çatacaq. Şirkətdə bildiriblər ki, əlavə ödəniş qaydası azı 60 gün qüvvədə olacaq, bu müddətdən sonra şirkət həmin qaydanın davam etdirilməsini yoxsa ləğv olunmasını qərara almaq üçün benzinin qiyməti ilə bağlı vəziyyətə yenidən nəzərə salacaq.
Əlavə ödənişin məbləği hər bir ştatda orta gediş məsafəsi və benzinin qiymətinin artması nəzərə alınmaqla müəyyən edilib. Ukraynada müharibə başlayandan bəri ABŞ-da benzinin qiyməti rekord səviyyəyə qalxıb. Keçən həftə Prezident Co Bayden Rusiyadan neft, qaz və kömür idxalına qadağa qoyandan sonra ABŞ-da benzinin orta qiyməti 1 qallon üçün 4,17 dollara çatıb.
Yay fəslinin yaxınlaşması ilə əlaqədar benzinə tələbat artmağa başlayıb. Bu səbəbdən keçən həftə Amerika anbarlarında benzinin miqdarı azalıb. Benzinə tələbatın artması və ABŞ-ın daxili ehtiyatlarının azalması yanacaqdoldurma məntəqələrində də qiymətlərin artmasına şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB