Almaniya ABŞ-dan F-35 alacaq

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra silahlanma proqramında köklü dəyişiklik edən Berlin rəhbərliyi ABŞ-dan F-35 təyyarələri almağa qərar verib. SİA xaraici mətbuata istinadən bildirir ki, Rusiya lideri Vladimir Putinin Ukrayna sərhədində 150 ​​minə qədər əsgərdən ibarət böyük bir ordu topladığı günlərdə Almaniya Ukraynaya yalnız dəbilqə yardımı göndərib. Berlin administrasiyası artan tənqidlərə cavab olaraq bildirib ki, Almaniya İkinci Dünya Müharibəsindəki dəhşətli roluna görə silah yardımı etməyəcək.

Lakin fevralın 24-də Putin öz ordusuna Ukraynaya soxulmaq əmrini verdikdən sonra Almaniyada yeni dövr başlayıb. Ukraynaya silah göndərəcəyini rəsmən elan edən Berlin rəhbərliyi 2022-ci ildə ordunun modernləşdirilməsi üçün 100 milyard avro büdcə ayırıb. Almaniya kansleri Olaf Şolz deyib: "Hər il ümumi daxili məhsulun 2 faizindən çoxunu müdafiəmizə yatıracağıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə